“İQNA” xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bəhreynli gənclərin İranın şəhid lideri üçün matəm mərasimi təşkil etdiyini göstərir. Onlar, bu ölkədə şiələrə qarşı tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, mərasimi keçirib və küçələrdə sinə vuraraq (sinəzənlik edərək) əzadarlıq ediblər. Həmçinin İranın yeni liderinə beyət etdiklərini bəyan ediblər.
Bu hadisə Bəhreyn hakimiyyətinin bir neçə gün əvvəl tanınmış bir qrup şiə din aliminin işlərini Ali Cinayət Məhkəməsinə göndərdikdən sonra onların məhkəmə prosesinə başlaması fonunda baş verib.
4363462