IQNA

Qırğızıstanın xristian rəsmisi:

İranın şəhid lideri dinlərə və ilahi dəyərlərə olan hörmətin təcəssümüdür

12:44 - July 13, 2026
Xəbər sayı: 3500749
İQNA – Qırğızıstanın Bişkek Pravoslav Kilsəsinin arxiyepiskopu, Ayətullah Xameneinin (r.ə) dinlərarası birgəyaşayışın təşviqindəki yüksək mövqeyini qeyd edərək, bu şəhid lideri ilahi dəyərlərin təcəssümü kimi xarakterizə edib.

İslam İnqilabının şəhid lideri ilə vida mərasimində dünyanın müxtəlif yerlərindən gələn dini nümayəndələrin iştirakı birlik və qarşılıqlı hörmət mənzərəsini nümayiş etdirdi. Qırğızıstanın Pravoslav Kilsəsinin arxiyepiskopu və Mərkəzi Asiya İnsan Haqları Qrupunun bu ölkədəki nümayəndəsi Serqi Zaqrebelni "İQNA" ilə söhbətində şəhid liderin dinlərarası dinc birgəyaşayışa yanaşmasını şərh edərkən dini ortaq məxrəcləri vurğulayaraq bildirib: "Biz İslam və Xristianlıqda bir Allaha inanırıq və müqəddəs kitabları oxuyan hər kəs bilir ki, onların hamısında insanların bir-birinə münasibəti izah edilib. Əslində, dini etiqadı olan insanlar bir-birlərinə qarşı eyni münasibəti bəsləməlidirlər. Şəxsin nəyə inandığı bizim üçün vacib deyil; çünki müqəddəs kitablarda qeyd olunan prinsiplər məlumdur və biz Tehran şəhərində insanların nə qədər azad yaşadıqlarının şahidi olduq."

Qırğızıstanın Mərkəzi Asiya İnsan Haqları Qrupundakı nümayəndəsi, şəhid liderin dinlərin müqəddəslərinə təhqirə yol verilməməsi ilə bağlı daim vurğuladığı məqamlara toxunaraq əlavə edib: "Biz bilirik ki, onun müxtəlif dinlərə və onların nümayəndələrinə hörmət etməklə bağlı baxışı var idi və məhz buna görə də müxtəlif dinlərin təmsilçiləri Tehranda onunla vidalaşmaq üçün orada idilər."

Arxiyepiskop Serqi Zaqrebelni şəhid liderlə vida mərasimində qlobal heyətlərin iştirakını qiymətləndirərkən İranı sivilizasiya və mənəviyyat beşiyi adlandıraraq deyib: "İran həm yüksək mənəvi irsə, həm də Firdovsinin 'Şahnamə'si kimi dəyərli mifoloji irsə malik bir ölkədir. Firdovsinin 'Şahnamə'sində görürük ki, hökumətin idarəçiləri, liderləri və rəsmiləri ilahi məqsədlər istiqamətində addım atmalıdırlar. Bir ölkənin idarəetmə sektorunda bu yanaşma mövcud olduqda, xalq da hökumətin arxasında durur. Əslində, məhz bu yanaşma İrana dünyanın ilk sivilizasiyalarından biri mövqeyini qoruyub saxlamağa imkan verib və biz bu yanaşmanın davamını bu gün də İranda müşahidə edə bilərik."

 

رهبر شهید ایران تجسم احترام به ادیان و ارزش‌های الهی است

Qırğızıstanın bu xristian rəsmisi çıxışının digər hissəsində İrandakı xristian azlığın azadlığına və şəhid liderin onların hüquqlarının qorunması ilə bağlı vurğularına işarə edərək, ötən il İrana səfəri ilə bağlı xatirəsini bölüşüb: "Ötən il bir mədəniyyət heyəti ilə İrana dəvət olundum və ailə, mədəni dəyərlər kimi mövzularda çıxış etdim. Qırğızıstan İpək Yolu üzərində yerləşib və karvanlar bizə İrandan ən yaxşı mədəniyyət və sivilizasiyanı gətiriblər. Şəhid lider də bütün yaxşılıqları özündə cəmləmişdi və onda heç bir pis xüsusiyyət müşahidə olunmurdu."

Qırğızıstanın Pravoslav Kilsəsinin arxiyepiskopu və Mərkəzi Asiya İnsan Haqları Qrupunun nümayəndəsi Serqi Zaqrebelni sonda bəzi qlobal güclərin mənəvi və dini dəyərlərlə mübarizəsinə işarə edərək qeyd edib: "Bəzi dünya gücləri var ki, ölkələri məhv etmək istəyirlər və bunun üçün insan dəyərlərindən və hökumətlərin təməl prinsiplərindən başlayırlar. Məhz buna görə də biz görürük ki, insan dəyərlərinə, ailəyə və dinə qarşı olan qlobal güclər birləşərək İrana və Rusiyaya qarşı hərəkət edirlər."

4362806

captcha