“İQNA”-nın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, İslam dünyası şəhid liderin xatirəsini yad edərək müqavimət ideallarını yenidən nəzərdən keçirdiyi bir vaxtda, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı onun qalıcı irsinə söykənərək, Ərbəinin misilsiz əzəmətini beynəlxalq mükafat formatında həqiqətin qloballaşması üçün bir meydana çevirib.
Bu təşəbbüs, şəhid liderin Ərbəin piyada yürüşü yolundakı missiyasını qorumaq zərurətinə verilən cavabdır; elə bir yol ki, bu gün onun təlimlərinə söykənərək sərhədləri aşmış və qlobal bir sivilizasiyaya çevrilmişdir.
Bu dövrün kateqoriyalarına foto, film, səyahətnamə və ürək sözləri, şeir, Ərbəin nəvaları və sosial şəbəkə fəalları daxildir.
İslam İnqilabının lideri İmam Xameneinin (r.ə) itkisi ilə İslam dünyasının kədərə qərq olduğu bir ildə, Mədəniyyət Təşkilatı Ərbəinin əzəmətinə baxaraq, bu mənəvi səfərin həqiqətlərinin izahında öz məsuliyyətini ikiqat artmış görür.
Bu səbəbdən, "Ərbəin Beynəlxalq Mükafatı"-nın 12-ci dövrü, "Şəhid İmamın əzəməti, rəşid xalqın bəəsi (dirçəlişi)" və "Minabın şəhid uşaqlarının məzlumluğu və qeyrətli döyüşçülərin şücaəti" mövzularına köklənən "İran Ərbəin hekayəsi" xüsusi mükafatını da əhatə edir.
Bu mükafat üçün əsərlərin göndərilməsinin son tarixi cari ilin Aban ayının 10-u (noyabrın əvvəli) müəyyən edilib. Maraqlananlar öz əsərlərini "Ərbəin Beynəlxalq Mükafatı"-nın rəsmi saytı və ya sosial şəbəkələrdəki 09395999393 nömrəsi vasitəsilə göndərə bilərlər.
Cari ildə Ərbəin Beynəlxalq Mükafatı yalnız qalibləri mükafatlandırmaq üçün bir tədbir deyil, həm də şəhid inqilab rəhbərinin qalıcı rəhbərliyi altında Ərbəinin sivilizasiya yaradan mesajlarını yenidən oxumaq üçün dünyanın gündəlik ehtiyaclarına verilən şüurlu bir reaksiyadır.
İran İslam Respublikasının ictimai diplomatiya qolu olan İslam Mədəniyyəti və Əlaqələri Təşkilatı, bu dövrü keçirməklə, şəhid liderin cismani yoxluğunda onun mənəvi irsinə, strateji təlimlərinə və mədəni-elmi məhsullar formatında müqavimət ruhunun yenidən istehsalına arxalanaraq, sərhədlərarası mükafat təsis etməklə Ərbəinin müqəddəs təlimləri ilə şəhid lider tərəfindən cızılmış yolu qorumaq zərurəti arasında bir körpü yaratmağa çalışır. Məqsəd onu sübut etməkdir ki, lider aramızdan getsə də, onun yolu hər bir tədqiqatçının və hər bir haqq carçısının qəlbində yaşayır və davam edir.
4363744