IQNA

VI Beynəlxalq Ərbəin Sağlamlıq Konqresinə 500 elmi məqalə göndərilib

13:27 - July 15, 2026
Xəbər sayı: 3500769
İQNA – VI Beynəlxalq Ərbəin Sağlamlıq Konqresinin Elmi Komitəsinin sədri konqresin katibliyinə 500 məqalə daxil olduğunu bildirərək, mokib sahiblərinin təlimi və süni intellektdən istifadənin bu dövrün əsas mövzularından olduğunu qeyd edib.

VI Beynəlxalq Ərbəin Sağlamlıq Konqresinin Elmi Komitəsinin sədri Vəhidə Muradinin “İQNA”-ya verdiyi müsahibəyə görə, ölkə daxilindən və xaricindən 500 məqalənin qəbul edildiyini bildirib və qeyd edib ki, bu dövrdə 12 panel və yeddi təlim seminarı keçiriləcək.

O, konqresin iyulun 19 və 20-də İran Tibb Elmləri Universitetində keçiriləcəyini vurğulayaraq deyib: “Konqresin ilk illərində Ərbəin sağlamlığı ilə bağlı mövzular yeni olduğu üçün ilkin səhiyyə məsələlərinə toxunurduq və məqsədimiz Ərbəin zamanı səhiyyə xidməti göstərəcək ixtisaslaşmış komandaların bu sahədə istehsal olunan biliklərdən faydalanması idi”.

Muradi sözlərinə belə davam edib: “Lakin hər il Ərbəin zamanı əldə edilən təcrübələr insanların məlumatlılığının və tibb işçilərinin xidmətlərinin inkişafına səbəb oldu. Buna əsasən, hər il konqres üçün müxtəlif yanaşmalar müəyyən edilir və bu il də ilk dəfə olaraq innovativ mövzular müzakirə olunacaq”.

O, mövzunu belə izah edib: “Xidmətçilərə və mövkəb sahiblərinə səhiyyə və sağlamlıq mövzularının tədrisi bu dövrün əsas məsələlərindəndir. Ərbəin mövkəblərinin böyük bir hissəsi insanlar tərəfindən könüllü idarə olunur. Bu səbəbdən, mövkəb sahiblərinin və orada çalışanların təlimi üçün xüsusi bir panel ayrılıb ki, onlar mövkəblərin gigiyenasını daha yüksək standartlarla idarə edə bilsinlər”.

VI Beynəlxalq Ərbəin Sağlamlıq Konqresinin Elmi Komitəsinin sədri əlavə edib: “Son illərdə cəmiyyətdə ənənəvi tibbə marağın artmasını nəzərə alaraq, Ərbəin ziyarəti zamanı insanların ehtiyaclarını həll etmək üçün ənənəvi tibbdən elmi istifadə məsələsinə də bir panel ayırmışıq. Həmçinin, kütləvi tədbirlərin idarə olunmasında süni intellektin rolu üzərində işləmişik və bu məsələyə də ayrıca panel ayrılıb”.

O, yekunda bildirib: “Əvvəllər konqresin mövzuları daha ümumi idi, lakin xroniki xəstəlikləri, həzm sistemi problemləri olan şəxslərin, habelə qocaların, uşaqların və digər xüsusi qrupların Ərbəində iştirakını nəzərə alaraq, bu qruplara daha yaxşı xidmət göstərilməsi üçün elmi sağlamlıq müzakirələri də aparılır”.

4363826

Teqlər: Ərbəin ، konqres ، məqalə ، sağlamlıq
captcha