iqna

IQNA

Quran surələri / 74
Bu dünya insanları gözləyən başqa bir dünyaya çatmaq üçün bir vasitə və mühitdir. Dünya insanların hərəkətləri və davranışları ilə formalaşır. Buna əsasən insanlar yaxşı insanlar və pis insanlar olmaqla iki kateqoriyaya bölünür. Habelə onların məqamı da fərqlidir.
Xəbər sayı: 3494121    Nəşr tarixi : 2023/05/04

Quran surələri / 73
Gecə istirahət və yatmaq üçün nəzərdə tutulmuş xüsusi bir vaxtdır. Lakin bu saatların rahatlığı bəzi insanları onun bir hissəsini düşünməyə və ya ibadət etməyə həsr etməsinə səbəb olur. İbadətin bu anlarda daha çox təsirləri vardır.
Xəbər sayı: 3494084    Nəşr tarixi : 2023/04/26

Quran surələri / 72
Cin görünməyən sirli bir məxluqdur. Cinlərlə bağlı çoxlu rəvayətlər var, lakin Qurani-Kərimin ayələrinə əsasən, cinlər insanlarla oxşarlıqları olan məxluqlardır.
Xəbər sayı: 3494070    Nəşr tarixi : 2023/04/24

Quran surələri / 71
Həzrət Nuh (ə), Allahın xüsusi peyğəmbərlərindən biridir ki, nəqllərə əsasən, Allah tərəfindən qövmünü min ilə yaxın hidayət vermək üçün möhlət almışdır. Həmçinin insanları doğru yola dəvət etmək üçün Qurani-Kərimdə qeyd olunan prinsiplərə əməl etdi.
Xəbər sayı: 3494021    Nəşr tarixi : 2023/04/16

Quran surələri / 70
Allahın əzabı, Onu inkar edənlərin zənn etdiyindən daha yaxındır və bu əzab mütləq olacaq və gələcəkdir. Heç bir şey buna mane ola bilməz.
Xəbər sayı: 3494008    Nəşr tarixi : 2023/04/12

Quran surələri / 69
“Əl-Haqqə” qiyamət gününün adlarından biri olub, müəyyən, qəti və həqiqi olan bir şey deməkdir; Bu ad qiyamət gününü inkar edən insanlara işarə edir. Buna əsasən, orada qiyamət gününü inkar edənləri hədələməklə yanaşı, onların qiyamətdəki vəziyyətlərinin vəsfi də təqdim olunub.
Xəbər sayı: 3493962    Nəşr tarixi : 2023/04/04

Quran surələri / 68
Qələm və onun yazdıqları Allahın insanlara verdiyi nemətlərdir. Bunlar o nemətlərdir ki, Qurani-Kərimdə onlara and içməklə onların əhəmiyyətini müəyyən edir.
Xəbər sayı: 3493863    Nəşr tarixi : 2023/03/16

Quran surələri / 67
Qurani-Kərimin müxtəlif surələrində Allah qüdrətini təsvir etmişdir. Lakin “Mülk” surəsində Allahın qüdrətinin təsviri növü çox qısa, lakin xüsusi və tamdır. Elə ki, Allahın bütün varlıqlar üzərində hakimiyyətini təsvir müşahidıə etmək olar.
Xəbər sayı: 3493840    Nəşr tarixi : 2023/03/12

Quran surələri / 66
İnsanın günahları çoxdur. O günahlar insanı Allahdan və mənəviyyatdan uzaqlaşdırır. Bu problem üzündən insanlar boşluğa düşür, məqsədini itirir və nicat və qurtuluşa çatmağın yeganə yolunu Allaha qayıtmaqda görürlər.
Xəbər sayı: 3493829    Nəşr tarixi : 2023/03/11

Quran surələri / 65
İslamda ailə məsələsinə xüsusi diqqət yetirilmişdir. Həmçinin ailə üzvlərinin sevgi və yaxınlıq içində bir yerdə ola bilmələri üçün ailənin hər bir üzvünə xüsusi rol və vəzifələr müəyyən etmişdir. Eyni zamanda ciddi fikir ayrılıqları yaşayan ər və arvad üçün də həll yolu qeyd edilir.
Xəbər sayı: 3493814    Nəşr tarixi : 2023/03/07

Quran surələri / 64
Bəzən bəzi şeyləri etməklə biz çox tez peşman oluruq və səhvimizi düzəltməyə çalışırıq. Amma elə bir gün gələcək ki, davranışımızdan peşman olmaq fayda verməyəcək və səhvlərimizi düzəltmək mümkün olmayacaq.
Xəbər sayı: 3493792    Nəşr tarixi : 2023/03/05

Quran surələri / 63
Nə vaxt həqiqət axtaranlar, vicdanlı insanlar müxtəlif qruplara doğru yol göstərsələr, bu cərəyanın əleyhinə olanların mənafeyi təhlükə altına düşür; Məhz belə bir vəziyyətdə bu dəyişiklikləri qəbul etmiş kimi görünürlər. Lakin ürəklərində bu hərəkatda bir sapma yaratmağa çalışırlar. Qurani-Kərim bu davranışı “münafiqlik” kimi təqdim edir.
Xəbər sayı: 3493759    Nəşr tarixi : 2023/02/26

Quran surələri / 60
Din düşmənləri həmişə dini və dindarları məhv etməyə çalışıblar; Bəzən müharibə, güc və zülmə əl atırlar, bəzən də dostluq əlini uzadıb bu yolla möminləri azdırmağa çalışırlar.
Xəbər sayı: 3493676    Nəşr tarixi : 2023/02/08

Quran surələri / 59
İslam Peyğəmbərinin (s) dövründə müsəlmanların Mədinə şəhərinə hicrət etməsindən sonra bu şəhərdə yaşayan yəhudi qrupları müharibə zamanı bir-birinə dəstək olmaq üçün müsəlmanlarla əhd-peyman bağladılar. Yəhudilər müqaviləni pozaraq müsəlmanların düşmənlərinə qoşuldular. Bu da yəhudilərin bu torpaqdan qovulmasına səbəb oldu.
Xəbər sayı: 3493628    Nəşr tarixi : 2023/01/29

Quran surələri / 58
Qurani-Kərimdə həqiqi möminlərdən “Hizbullah”a qoşulmaq istənilir. Baxmayaraq ki, bu gün "hizb" (partiya) sözü etiqadi-siyasi terminə çevrilib. Lakin Quran baxımından bu söz bir intellektual və dini atmosferə aiddir. Məxsus irq və ya dilə aidiyyatı yoxdur. Ona görə də istənilən şəxs hər yerdə dünyada Hizbullah üzvü ola bilər.
Xəbər sayı: 3493590    Nəşr tarixi : 2023/01/21

Quran surələri / 57
İnsan uşaqlıqdan böyüklüyünə qədər müxtəlif mərhələlərdən keçir. Bu mərhələlər müxtəlif yaşların şərtlərinə və xas xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Məsələn, uşaq ikən daim oynayır və böyüyəndə həyatını genişləndirməyə çalışır.
Xəbər sayı: 3493569    Nəşr tarixi : 2023/01/16

Quran surələri / 56
Axirəz-zaman və dünyanın sonu haqqında müxtəlif nəzəriyyələr var. Lakin nəzəriyyələrin əksəriyyəti heyrətamiz və çətin hadisələrin dünyanı bürüyəcəyinə inanır. "Vaqiə" surəsi bu vəziyyəti vəsf edir.
Xəbər sayı: 3493565    Nəşr tarixi : 2023/01/15

Quran surələri / 55
Allah insana çoxlu nemətlər vermişdir; Amma insanlar öz yaradanının layiqincə qədrini bilmir və ya Allahın bəndələrinə əhəmiyyət vermədiyini düşünürlər.
Xəbər sayı: 3493552    Nəşr tarixi : 2023/01/11

Quran surələri / 54
Ayda yaranan yarığın dəlili ilə bağlı hələ də yekdil fikir yoxdur. Lakin bəzi alimlərə görə bu yarığ yüz illər əvvəl yaranıb və Quranda deyildiyinə görə bu, İslam Peyğəmbərinin (s) möcüzəsinin qalığıdır.
Xəbər sayı: 3493529    Nəşr tarixi : 2023/01/07

Quran surələri / 53
Müsəlmanların inanclarından biri də İslam Peyğəmbərinin (s) səmavi səfəridir. İslam Peyğəmbəri (s) bu səfər zamanı gecə səmalara səfər edir və bəzi mələklər, peyğəmbərlər və hətta Allahla söhbət edir.
Xəbər sayı: 3493515    Nəşr tarixi : 2023/01/09