کد خبر: 1289254
تاریخ انتشار : ۲۶ شهريور ۱۳۹۲ - ۰۰:۳۰

Türkiyədə 1000 ildən çox tarixi olan əlyazma Quran nüsxəsi tapıldı

Türkiyənin Bodrum şəhərində bir məscidin zirzəmisində 1200 ilə yaxın tarixi olan əlyazma Qurani-Kərim nüsxəsi tapıldı.



İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "World Bulletin" xəbər saytına istinadən verdiyi xəbərə görə Türkiyənin Bodrum şəhərində bir məscidin zirzəmisində 1200 ilə yaxın tarixi olan əlyazma Qurani-Kərim nüsxəsi tapıldı.


Xəbər görə tarixçilər bu əyzama nüsxə üzərində lazım olan analizləri apardıqdan sonra bu qənaətə gəliblər ki, bu Quranın yazıldığı tarix 1000 ildən çoxdur.


Yüksəl Qılıncaslan – Bodrum Məscidinin İmamı, bu nadir əlyazma Quran nüsxəsini bir-neçə təfsir kitabı ilə birlikdə məscidin zirzəmisindən tapmış və bilafasilə bu məsələni Bodrumun müftisi Əmin Ərikə xəbər vermişdir.


Bu Quran Türkiyənin "Su altı arxeologiya" muzeyinə göndərilmişdir.


captcha