İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-bəyan” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şarcə” (Sharjah) Quran-Kərim və Nəbəvi Sünnə müəssisəsi “Şarcə Mükafatı” Beynəlxalq Quran və Sünnə yarışlarının 18-ci turunu keçirəcək və bu turda iştirak etmək istəyənlərin qeydiyyatı cari ilin oktyabr ayının sonunadək davam edəcək.
Mətər bin Dəlmuk – BƏƏ-nin “Şarcə” (Sharjah) Quran-Kərim və Nəbəvi Sünnə müəssisəsinin şura rəisi, bu barədə dedi: Bu müəssisə elan olunan şərtlər və qaydalar üzrə BƏƏ-də yaşayan və bu yarışlarda iştirak etmək istəyənləri qeydiyata alır.
Yarışlarda Quranın hifzi ixtisası üzrə dörd səviyyədə - 20 cüz, 10 cüz, 5 cüz və kamil hifz üzrə, rəqabət aparılacaq.
Bin Dəlmuk əlavə etdi: Bu turda Quranın 5 və 2 cüz hifzi üzrə müxtəlif dərəcəli əlillər, istisna istetada malik olan kəslər, 50 yaşdan yuxarı analar, azançılar və camaat imamları da yarışacaqlar. Həmçinin yarışların bir hissəsi Peyğəmbər (ə) Sünnəsinin hifzinə aid olacaqdır.