İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “əl-yəvm əs-sabe” xəbər agentliyinin internet səhifəsinə istinadən verdiyi məlumata görə, Suriyanın prezidenti Bəşşar Əsəd şənbə günü (4 oktyabr) səhər vaxtlarında Dəməşqin “Noman ibn Bəşir” məscidində bayram namazı sıralarına qoşulub.
Onunla birlidə ölkənin bir sıra rəsmiləri, o cümlədən Suriyanın Baş Müftisi Şeyx Əhməd Həsun, ölkənin Vəqflər Naziri Məhəmməd Əbdülsəttar Seyyid, Vail Həlqi – Suriyanın Baş Naziri, Məhəmməd Cəhad Liham – Milli Məclisin rəisi və başqaları da bu namazda iştirak ediblər.
Xatırladaq ki, Bəşşar Əsəd belə əlamətdar günlərdə ölkənin müxtəlif məscidlərində təşki edilən mərasim, ibadət və namazlarda iştirak edir.
Suriyanın Baş Müftisi Şeyx Əhməd Həsun xütbəsində Suriya zəvvarlarının Həccə getməsinə qoyulan qadağanı kəskin şəkildə pislədi və dedi: Bu qərarı verənlər özləri terrorizimin, qətliamın, partlatmağın, təkfirçi fikirlərin və ifratçılığın himayəçisidirlər.
O vurğuladı ki, Suriya müqaviməti, qoşun, xalq və ölkənin rəhbərləri sonda qələbə əldə edəcəklər.