IQNA

Cənubi Afrikada hifz üsulları

13:07 - July 12, 2010
Xəbər sayı: 1954479
Beynəlxalq sektor: Cənubi Afrikada əzbərlənmiş ayələrin təkrarı Qurani-Kərimin hifzində əsas üsullardan sayılır. Xüsusi hifz mərkəzlərində 8-18 yaş arası Quran əzbərləyən hər 10 şagirdin bir hifz ustadı var.
İQNA İran Quran xəbər agentliyi 27-ci Quran müsabiqəsində iştirak edən Cənubi Afrika hafizi Salim ibn Süleymanpəklə söhbətləşib. Hafiz bildirib ki, Cənubi Afrikada Quran hifzi mərkəzləri çox deyil, amma əksər ustadların evində Quran tədris edilir. O deyib: “İlk dəfə Quran müsabiqəsinə 200-ci ildə qatılmışam. Müsabiqə Səudiyyə Ərəbistanında keçirilirdi… 2005-ci ildə də müsabiqədə iştirak etmişəm. Amma İrandakı müsabiqə o biriləri ilə müqayisə etmək olmaz. Tehran müsabiqəsi çox əhatəlidir.

612560
captcha