IQNA

Almaniyada İslam əsərləri adlı sərgi açılacaq

18:18 - September 15, 2010
Xəbər sayı: 1994928
Beynəlxalq şöbə: Sentyabrın 17-də Almaniyanın Munix şəhərində İslam əsərlərindən ibarət sərgi açılacaq.
İQNA Quran Xəbər Agentliyinin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniyanın Munix şəhərində İslam əsərlərindən ibarət sərgi açılacaq. Bu şəhərdə ilk dəfə 1910-cu ildə belə bir sərgi təşkil edilib. Açılacaq sərgi ilk sərginin 100 illiyi münasibəti ilə şəhər əhalisinə təqdim ediləcək.
Bu münasibətlə Munix şəhərinin Dövlət kitabxanası, Dövlət Sənaye muzeyi və Antropologiya muzeyi sərgiyə gələnləri İslam mədəniyyəti ilə yaxından tanış edəcək.
Sərgidə İslam xəttatlıq əl işləri, hərb alətləri, Müsəlman xalçaçılarından qalmış qədim xalçalar və müxtəlif İslam mənşəli əşyalar Munix muzeylərində 15 gün müddətində sərgilənəcək. 655413
captcha