İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, kitab artıq üçüncü dəfədir ki, İran İslam Respublikasının Azərbaycandakı Mədəniyət Mərkəzi tərəfindən çap edilib.
Bu şeirlər mərhum şərqşünas Mübariz Əlizadə tərəfindən azərbaycan dilinə tərcümə edilib. Bu kitabda 25 qəzəl, tərcibənd, rübailər vardır və kitab 110 səhifədir. Kitab 100 nüsxə ilə tamamilə rəngli formada çap edilmişdir. Kitab onu istəyənlərin istəyi ilə üçüncü dəfə çap edililib.
Kitab ilk dəfə 2004 cü ildə Mədəniyyət Mərkəzi tərəfindən çap edilmişdi. 805338