IQNA

Banqladeşin rəsmi dini islam olaraq qaldı

21:42 - June 24, 2011
Xəbər sayı: 2143455
Beynəlxalq şöbə: Banqladeşin sekolar üçün geniş səylərin olunmasına baxmayaraq, bu dövlətin strukturları islamın rəsmi din kimi qalacağını elan etdilər.
İranın Quran xəbər agentliyi və Turkish Weekly-in məlumatına əsasən, qanun islahatlarından sonra Banqladeş dövləti elan etdi ki, hal-hazırda dövlətin rəsmi dini islamdır və dəyişilməyəcək.
Baxmayaraq ki, 1972-ci ildə bu ölkənin konstitusiyasında Banqladeş dövlətinin bir sekolar dövlət olduğu elan olunub, amma 1988-ci ildə bu ölkənin rəhbəri sekularizmi qadağan etdi və islamı Banqladeşin rəsmi dini kimi təqdim etdi.
Banqladeş Britaniyalıların istilası zamanı Hind yarımadasında 1947-ci ilə qədər Şərqi Pakistan kimi tanınırdı. 1981-ci ildə bu ölkə illər boyu daxili müharibələrdən sonra Pakistandan ayrılıb müstəqilliyini elan etdi. 813277
captcha