IQNA

İŞİD'dən Yeni Bir Cinayət

İŞİD 21 misirlini edam etdi

10:05 - February 16, 2015
Xəbər sayı: 2856210
Liviya(İQNA)_Özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu ekstremist qruplaşmanın silahlıları tərəfindən Liviyada oğurlanmış qibti məzhəbli 21 misirli edam edilib.


Bu barədə Misirin dövlət televiziyası məlumat yayıb. Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ölkədə 7 günlük matəm elan edib və bu faciə ilə əlaqədar Misir xalqına başsağlığı verib.

Ölkə rəhbərliyi yaranmış vəziyyəti müzakirə etmək üçün Milli Müdafiə Şurasının təcili iclasının keçirilməsinə dair qərar qəbul edib.
Qeyd edək ki, terrorçular 21 misirli əsirin edamının videoyazısını yayıblar.

teleqraf.com

Teqlər: cinayət ، İŞİd ، liviya
captcha