İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aluka" xəbər və informasiya saytına istinadən verdiyi xəbərə görə Dağıstan cümhuriyyətində memar və mühəndislərin verdiyi proyektə əsasən Həzrət Rəsulullahın (s) Mədinə şəhərində məscidinə oxşar bir məscid tikiləcəkdir.
Məscidin sahəsi 50 min nəfər namazqılan üçün nəzərdə tutulmuşdur. Məscidin nəzdində dini mədrəsə və yataqxana da olacaqdır.
Dağıstanın İslam tarixi muzeyi və "Müsəlmanların Dini İdarəsi" dəftərxanasının binası da məscidə birləşəcəkdir.
Məscidin yaşıl fəzası, bağça, hotel və maşın parkı da olacaqdır.
Həmçinin məscid üçün hacıları yolasalma məntəqəsi, kitabxana və restoranda nəzərdə tutulmuşdur. 2957700