IQNA

Haqqunnas nədir?

15:21 - April 29, 2015
Xəbər sayı: 3229700
Tehran(İQNA)_Haqqunnas çox geniş məfhumdur. Onun əsasını heç kəsin haqqını qəsb etməmək, zülmə yol verməmək prinsipi təşkil edir.

İslam qanunlarına görə, insan həm Allahın, həm də sair insanların qarşısında bəzi vəzifə və məsuliyyətlər daşıyır. Allah qarşısında daşıdığı məsuliyyətlər “haqqullah”, insanlar qarşısında daşıdığı vəzifələr isə “haqqunnas” adlanır. Haqqunnas çox geniş məfhumdur. Onun əsasını heç kəsin haqqını qəsb etməmək, zülmə yol verməmək prinsipi təşkil edir. Haqqunnası pozan adam mütləq incitdiyi şəxsdən halallıq almalıdır.

Haqqunnas o qədər mühümdür ki, hətta Allah buyurur, qiyamətdə mənim hüzuruma haqqunnasla gəlməyin. Hədislərdə buyurulur ki, Allah-təala qiyamət günündə özünə aid olan haqları (haqqullahı) öz bəndəsinə bağışlaya bilər. Amma bəndə incitdiyi adamlardan halallıq almayınca Allah onun günahını silməz.

islam.az

captcha