İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Heyət Şah Hüseyn məscidində bununla bağlı mövlud mərasimi keçirib.
Heyətin məclisində ilahiyyatçı Hacı Taleh Abbasov çıxış edib, Kərbəlayi Mənsur İmam Əlidən (ə) bəhs edən şerlər oxuyub, mədhiyyələr səsləndirib.
Məlumatda qeyd olunur ki, bayram münasibəti ilə məclis iştirakçılarına müxtəlif hədiyyələr verilib.