IQNA

İraqda məscidlərdə ardıcıl terror aktları baş verib

23:17 - May 08, 2015
Xəbər sayı: 3274328
Tehran(İQNA)_Bağdadda şiələrin sıx olduğu məsciddə terror aktları nəticəsində azı 22 nəfərin həlak olduğu bildirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentiliyi) İslmazeri.az-a istinadən verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdad şəhərində şiələrin sıx olduğu məsciddə ardıcıl olaraq, iki partlayış törədilib. Terror aktları nəticəsində azı 22 nəfərin həlak olduğu bildirilir. Birinci terror aktı terrorçu kamikadze tərəfindən Bağdadın 70 km-də yerləşən Bələd-Ruz şəhərində yerləşən Əl-Zəhra hüseyniyyəsinin qarşısında törədilib.

Belə ki, terrorçunun məscidin qarşısında dayanan avtomobillərdən birinə quraşdırdığı partlayıcı qurğunun partlaması nəticəsində  cümə namazından çıxan xeyli insan həlak olub. Nəticədə, ən azı 18 nəfər həyatını itirib, 41 nəfər isə yaralanıb. İkinci terror aktı isə Bağdadın şimal şərqinin 75 km-də yerləşən Kənan şəhərində baş verib. Burada İmam Hüseyn məscidində cümə namazından çıxan insanların arasına daxil olan terrorçu kamikadze özünü partladıb. Nəticədə  azı 4 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Teqlər: şiə ، məscid ، terror ، 22 ، nəfər ، həlak
captcha