Bu gün İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin vəfatından 24 il ötür
İmam Xomeyninin şəxsiyyətini təhlil edərkən onun mələksima ruhu, yüksək fikirləri, fövqəladə ruhi və mənəvi xüsusiyyətləri, habelə xeyirxah həyatının zəngin təsiri və faydası barədə danışmaq lazımdır:
''İran əhalisi üçün İmam Xomeyninin səsi Allahın səsinin hökmünə malik idi'', tək bir Allaha inanan milyonlarla insanın nəzərində: ''O, Yer üzərində Allahın əli'' və ''yerdəkilər üçün ilahi hədiyyə idi.''
Onun mənəvi yolu, yüksək fikirləri, ən nurlu şəriət göstərişləri və Əhli-beyt təlimlərinə qeyd-şərtsiz bağlılığı hər insaflı müsəlmanda mənəviyyat və təmizlənmə kimi keyfiyyətlərə olan imanı möhkəmləndirirdi: ''Sanki İslamın başlanğıcından təcrübəli böyük şəxsiyyətlərdən birisi möcüzə sayəsində dünyaya qayıtmışdı ki, Əməvilərin qələbəsi və Əhli-beyt(ə) şəhidlərinin qanlarına qəltan olmasından sonra Əlinin(ə) qoşununa rəhbərlik etsin.''
''İmam Xomeyni Qərbin siyasi, iqtisadi və mədəni istilası müqabilində İslamın mübarizliyinin özünəməxsus təzahürü'' olsa da, ''İmamın (r) çağırışı təkcə şiələr yox, həm də bütün dünya və bölgə müsəlmanları arasında əks-səda doğurdu.''
Həzrət İmamın (r) ilahi şəxsiyyəti və mənəvi çağırışları digər din və məzhəb ardıcıllarına da güclü təsir göstərdi. Belə ki, bəzi xristian mütəfəkkirləri və analitiklərinin fikrincə ''O, müasir Məsih idi və daha dəqiq desək, İsa ibn Məryəmin(ə)'' möhkəm və xalis şüası idi.'' Xristianların bir qismi isə İmam Xomeyni(r) ilə ilk görüşdə onun möhtəşəm məqam, əzəmət, dözüm və səbrindən təsirləndiklərini və onda İlahi vergi və şəfqət hisslərini dərk etdiklərini dilə gətirirdilər.
O, beynəlxalq analitiklərin heç bir vəchlə ağıllarına sığışdırmadıqları və ''Qərbin köhnə və orta əsrlərə aid sandığı dini əqidələrlə dünyanı'' silkələdi'', ''Şərq və Qərbi lərzəyə gətirdi və elə bir miras qoydu ki, hələ də yaşayır və fəaliyyətdədir. O, dünya tarixində böyük bir iz qoya bildi və şübhəsiz, ''bəşəriyyət də onun mənəvi inqilabının təsiri altındadır.''
Məhəmmədin(s) səbr və möhkəmliyindən, Əlinin(ə) qənaətkarlıq və ədalətindən, Həsənin(ə) tədbirindən, Hüseynin(ə) təvəkkül və şücaətindən dərslər alan, Həzrət Vəliyyi-Əsrin – (Ruhlarımız ona fəda olsun) xüsusi inayət və köməkliyi sayəsində yol azuqəsi toplamış İslam inqilabının böyük rəhbəri ''İnsanın Allaha yaxınlaşmasında yeni bir dövrün başlanğıcını qoydu və insanların himayədarlığı ilə XX əsr tarixində mühüm dönüş nöqtəsi olan İslam inqilabını qalibiyyətə çatdırdı.''
İmamın(r) və İslam inqilabının müasir insanın mənəvi həyatına təsiri elə dərin və əhatəli qiymətləndirilir ki,: ''İmam Xomeyni inqilabı, hətta insanın inkişaf yolunu dəyişdi də demək olar".
Həzrət İmam(r) XX əsrdə mənəviyyat həsrətində olan bəşəriyyət üçün əziz İslam peyğəmbəri(s) və onun pak vəsilərinin(ə) parlaq günəşinin nurları əks olunan şəffaf bir ayna kimi idi.
''O, İslamın başlanğıcından XX əsrin qəlbinə sancılmış bir ox idi.' ''Keçmişdən gəlib hazırda yaşasa da, gələcəkdən xəbər verən və gələcəyin göstəricisi idi.'' Başqa sözlə desək ''o, zamanından daha üstün düşünürdü və məkan miqyasına sığmırdı.''
Həqiqətən də demək lazımdır ki, ''İmam Xomeyni(r) bəşəriyyət tarixində yeni əsrin müjdəçisidir və bu mərhələdə bəşəriyyətin pozulmuş əxlaqı üçün hər şeydən daha çox mənəviyyata ehtiyac duyulacağı nəzərə çarpır.''
Həzrət İmam Xomeyninin(r) ilahi inqilabı və onun müqəddəs çağırışları sayəsində bir daha müasir dünyada allahıtanıma və dindarlıq istiqamətində böyük bir canlanma baş verdi və bu bütün dünyanı bürüdü.