IQNA

Şəmkirdə cümə problemi həll olundu

10:53 - November 03, 2015
Xəbər sayı: 3439940
Tehran(İQNA) - Artıq 4 həftə idi ki Şəmkirdə Həzrəti Əli (ə) adına cümə məscidində cümə namazının qılınmasına müxtəlif bəhanələrlə qadağa qoyulmuşdu.

Şəmkir sakinlərindən daxil olan məlumata görə, artıq məsələ həllini tapıb. Şəmkir inanclılarına bildirilib ki, cümə namazını bundan sonra qıla bilərsiniz, bu sizin təbii haqqınızdır.
 

Qeyd edək ki, ötən dörd həftə ərzində cümə namazının qadağan edilməsinin səbəbi isə hamıya müəmma olaraq qalır. Şəmkir inanclıları rəsmilərin onlara dedikləri “Cümə namazına seçkiyə görə qadağa qoyulub, seçkidən sonra icazə veriləcək” sözlərinin səmimiyyətinə isə inanmırlar.
 

İslamazeri.az

Teqlər: Şəmkir ، cümə ، problemi ، həll
captcha