IQNA

İmam Cümə:

İraq və Suriyada İŞİD qarşısında duran İrandır

11:33 - November 07, 2015
Xəbər sayı: 3444190
Tehran(İQNA) - Bu cümə Tehranın cümə namazının imamlığını Ayətullah İmami Kaşani olub.

İQNA, İslamazeri.az- a istinadən verdiyi xəbərə əsasən, Ayətullah İmami Kaşani söhbətlərinin əvvəlində İran inqilabına toxunaraq deyib: “İran inqilabı Şahın imperialist qüvvələrə bağlılığnın bütün ölkəni bürüdüyü bir zamanda baş verdi. Doğurdan da ölkəmiz o zamanlar Ərəbistanın bu günkü vəziyyətinə düçar olmuşdu. Yəni İran həqiqətən geridə qalmış bir ölkəyə çevrilmişdi.
 

Bədbəxt Ali Səudun bu gün olduğu vəziyyətdə idi. İmam Xomeyninin fədakarlığı ilə bu günkü vəziyyətə yetişdi. İslam Respublikası ədalət, Allaha iman, fəqihin vilayəti və imperialist qüvvələr müqabilində müqavimət əsasında yaradıldı.
 

Biz bu şəraiti qorumalıyıq. Bəzi məsələlərdə dini mənbələrin sorağına deyil, təcrübənin ardınca olmalıyıq. Məsələn ABŞ-la müzakirələr mövzusunda Quran və ya hədisə nəzər salarsaq mümkündür hərəmiz bir cür nəticə çıxardaq. Dini mənbələr hamı üçün azaddır, lakin konstitusiyanın 110-uncu bəndinə görə bütün əsas məsələlər ölkə rəhbərinin əli ilə həll olunmalıdır.

Amerika və imperialist qüvvələr biz inqilab etdiyimiz gündən bəri bizimlə düşmənçilik edirlər. ABŞ İran əleyhinə nə zaman addım ata bilirsə bunu edir. Yəmən məsələsi Ali Səudun işidir və Ali Səud hakimləri ABŞ və İsrailin nökəriliyini edir. Yəmənə hücum edir və uşaqları öldürürlər.” O sözlərinin davamında deyib: “İran respublikası İraq və Suriyada İŞİD-in müqabilində durur və iqtidar və izzətini nümayiş etdirir. Suriya məsələsi barədə Vyanada təşkil olunan müzakirələrdə, İran öz fikrini hakim edə bildi. Bütün bunlar ölkəmizin izzət və iqtidarını nümayiş etdirir. Bunu düşmən istəmir. Nüvə məsələlərində də düşmənin İranı məhv etmək istəyini gördük.
 

Təcrübəmizlə onların nüfuzunun qarşısını almalıyıq. Bizim iqtisad, əxlaq və siyasətimizin hasarı olmalıdır və bu zəruridir. Zərurət olarsa ABŞ-la müzakirə etmək mümkündür, lakin bunu təyin etmək rəhbərimizin əlindədir. Nüvə müzakirələrində rəhbərimiz müzakirə heyətini dəstəklədi və yol göstərdi. Bu onların düzgün diplomatik addımlar atmasına şərait yaratdı.”

Teqlər: İraq ، suriya ، İŞİd ، qarşısında ، duran ، İrandır
captcha