İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" peyk TV kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransa prokurorluğu cümə axşamı günü bildirib: Polisin ötən gün Sent Denis məntəqəsində keçirdiyi əməliyyatda Əbdülhəmid Əbud öldürülüb və onun cəsədi müəyyənləşdirilib.
Cəsədlərin müəyyənləşdirilməsi polisin hücumu nəticəsində terrorçuların gizləndiyi məkanın dağılmasına görə, zaman alıb.
Bildirilir ki, 27 yaşlı Belçika vətəndaşı Əbdülhəmid Əbud Parisin müxtəlif məkanlarında 13 noyabr terror aktları arasında koordinasiya işini yerinə yetirib.
Əbud 2014-cü ildə İŞİD terror qruplaşmasına qoşulmaq üçün Belçikanı tərk edib. Onun başçılığı ilə düzənlənmiş 13 noyabr Paris terror aktları 132 nəfərin ölməsi və 300-dən çox şəxsin yaralanması ilə nəticələnib.
İŞİD terror qruplaşması bu hücumların məsuliyyətini üzərinə götürüb. Bundan əlavə İŞİD terrorist qruplaşması başçılarından olan Əbu Mahmud Əl-Misri internet vasitəsilə verdiyi ismarıcda Əl-Əhzər şeyxlərinin İŞİD-çiləri terrorist və xəvaric adlandırmasının ardınca onları ölümlə təhdid ediblər.