IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumu davam edir. Sada bölgəsində yerləşən Heydan və Sanaya şəhərlərinə hücumu nəticəsində 18 nəfər həyatını itirib.
Bundan əlavə Səud rejimi Maarib, Zübab, Cəbəluş-Şərq və digər bölgələrə də hücum edərək müxtəlif xəsarətlər yetirib.