IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün Suriyanın paytaxtı Dəməşqin Zeynəbiyyə rayonunda iki terrorçu partlayışı baş verib. Bu terror partlayışlrında ilk saatlarda 12 nəfərin öldüyü və 40 nəfərin yaralandığı barədə xəbərlər yayılsa da sonrdan hadisənin qurbanlarının sayı çoxalmağa başladı.
Hadisənin sonrakı saatlatında KİV-lər Dəməşqdə Zeynəbiyyə məntəqisndə Həzrət Zeynəbin (s.ə) pak hərəminin yaxınlığında iki ardıcıl terror aktı törədildiyi və terrorlar nəticəsində 45 nəfərin həlak və 110-dan çox insanın isə yaralandığı barədə xəbər yayıblar.
Bomba quraşdırılmış avtomobil paytaxt Dəməşqdə Zeynəbiyyə məntəqisndə Həzrət Zeynəbin (s.ə) pak hərəminin yaxınlığında partladılıb. Daha sonra kamikadze də özünü elə həmin ərazidə partladıb.
Təkfirçi vəhhabi İŞİD terror qruplaşması baş verən iki partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Xəbər agentliklərinin verdiyi xəbərə görə, ilk partlayış zamanı bir avtobus hədəfə alınıb. Avtobusda Zeynəbiyyə rayon sakinləri varmış. Bundan sonra isə bomba qoyulmuş bir maşın Zeynəbiyyənin "Kou sudan" xiyabanında partladılıb. İnsanları yaralıları qurtarmağa gəldiyi zaman isə üçüncü partlayış baş verib. Özünə bomba bağlayan təkfirçi vəhabi özünün partladıb.
Suriya rəsmiləri hadisənin zərər və ziyanları haqqında dəqiq məlumat verməyiblər. Xəbərələrə görə isə onlarla insan ölmüş və yüzdən çox insan isə yaralamışdır. Partlayışın şiddətindən yaxınlıqdakı binalar da xarab olub. Xarablıq altında qalanların axtarışı davam edir.
Qeyd edək ki, partlayışlar Zeynəbiyyə əhalisinin al-ver etdiyi bazarda baş verib.
http://iqna.ir/fa/news/3471702