IQNA

"İslamda Şiə" kitabı yenidən çap edildi

23:23 - February 27, 2016
Xəbər sayı: 3480227
Tehran, 27.02.2016 – Əllamə Təbatəbainin qiymətli əsəri olan "İslamda Şiə" kitabının İstambul türkcəsinə tərcüməsi 5-ci dəfə yenidən çap edildi.

İQNA-nın "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın ümumi əlaqələr şöbəsinə istinadla verdiyi xəbərə görə, Əllamə Məhəmməd Hüseyn Təbatəbainin qiymətli əsəri olan "İslamda Şiə" kitabının İstambul türkcəsinə tərcüməsi "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın maddi dəstəyi ilə "Kövsər Nəşriyyatı" tərəfindən 5-ci dəfə yenidən çap edildi.

Əllamə Məhəmməd Hüseyn Təbatəbainin "Şiə dər İslam" kitabı "İslamda Şiə" adı ilə 224 səhifədə İstambul türkcəsinə tərcümə edilmişdir.

Bu kitabı Qum Dini Elmi Hövzəsinin türkiyəli tələbələri Şeyx Abbas Kazimi və Şeyx Qədir Akaras tərcümə etmişlər.

Kitab Türkiyədə Əhl-Beyt (ə) tərəfdarları və tədqiqatçılar tərəfindən maraqla qarşılandığı üçün artıq 5-ci dəfədir ki, çap edilir.

http://iqna.ir/fa/news/3478682


Teqlər: İslam ، şiə ، islamda şiə
captcha