IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadlaxəbər verir ki, Ayətullah Sistaninin ofisi ötən axşam bəyanat yayaraq elan edib ki, Ayətullah Sistani İraqda baş verən prosesləri diqqətlə izləyir və ölkənin bu duruma düşməsinə görə çox narahatdır.
Bəyanatda bildirilir ki, "Ölkə xalqı üçün izzət və sevinc dolu yaşam şəraiti yaratmaq üçün çalışmalı olan insanların öz əlləri ilə ölkənin bu duruma düşməsinə görə çox təssüf edirəm.”
Bəyanatda Ayətullah Sistaninin bəzi siyasətçilərlə görüşü ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Qeyd edək ki, İraqda son həftələr siyasi böhran yaşanır. Ölkə parlamentində hökumətin təqdim etdiyi nazirlər ilə bağlı siyasi ixtilaflara görə dəfələrlə dava düşüb.