IQNA

Məhəmməd Görməz:

Saxta fətvalar radikalların cinayətlərini qanuniləşdirir

11:15 - May 11, 2016
Xəbər sayı: 3480439
Tehran, 11.05.2016 – Məhəmməd Görməz dedi: Saxta fətvalar ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, həftənin birinci günü, 9 may 2016-cı il tarixində, Məhəmməd Görməz - Türkiyə Dini İşlər Təşkilatının rəisi, Livanın şimalı və Trablos şəhərinin müftisi Malik Şiar ilə görüşündə regionun və İslam dünyasının indiki hadisələri barədə danışıqlar ediblər.

Məhəmməd Görməz bu danışıq zamanı dedi: Saxta fətvalar radikallar, ifratçılar və təkfirçilərin İslam dünyasında törətdikləri cinayətlərinə dini don geydirir, halbuki bu fətvalar İslami mətnlərə əsaslanmayıb.

Türkiyə Dini İşlər Təşkilatının rəisi bu görüş zamanı son illərdə İslami ölkələrdə baş verən arzuolunmaz və xoşagəlməz hadisə və cərəyanlara işarə edərək dedi: Bu hadisələrin İslam dünyasında baş verməsinin bəzi daxili və xarici səbəbləri vardır. Müasir dövrdə bütün dini təşkilatlar və qrumlar bu səbəblərin aradan götürlməsi üçün ağır məsuliyyət daşıyırlar.

Məhəmməd Görməz vurğuladı: İslam dünyasında baş verən bu hadisələrin daxili səbəblərindən biri radikal cərəyanların din adına suistifadə etməsidir. Onlar saxta dini fətvalar ilə öz cinayətlərinə dini don geyindirir və dini baxımdan qanuniləşdirirlər. Buna görə də cəmiyyətdə nifrət və zorakılığın çoxalmasına və terrorizmin genişlənməsinə səbəb olurlar. Halbuki bu fətvaların heç bir dini əsası və İslami mətnlərə söykənəcəyi yoxdur.

O əlavə etdi: İslam dünyasında baş verən cinayətlərin xarici amil kimi İraq və Əfqanıstanın işğalını göstərmək olar. Əgər bu iki ölkə işğal olunmasaydı, bu gün İŞİD, əl-Qaidə və Taliban kimi terrorist qruplaşmalara meydan açılmazdı.

Məhəmməd Görməz sönünün davamında Fələstin böhranına da işarə edərək dedi: Təəssüflər olsun ki, hər gün gözümüz önündə Əqsa məscidinə qəsəbə sakinləri olan yəhudilər tərəfindən hücumlar edilir, biz isə sadəcə tamaşaçıyıq. İslam dünyası bu gün öz baxış bucağını və rəftarlarını yenidən tənqidi gözdən keçirməlidir.

http://www.iqna.ir/fa/news/3496594


Saxta fətvalar radikalların cinayətlərini qanuniləşdirir

Saxta fətvalar radikalların cinayətlərini qanuniləşdirir


captcha