IQNA

Quran oxu, pulsuz benzin al

13:30 - June 19, 2016
Xəbər sayı: 3480562
Tehran, 19.06.2016 - İndoneziyada fəaliyyət göstərən yanacaq təmin etmə şirkətlərindən biri maraqlı aksiya keçirir.

Quran oxu, pulsuz benzin al


IQNA - Ramazan ayı münasibəti ilə şirkət Cakartada benzin doldurma məntəqələrində afişa asıb və bir cüz Quran tilavət edən könüllü şəxslərə pulsuz benzin verir.

"Pertamina" yanacaq təmin etmə şirkəti elan edib ki, bu aksiyanı keçirməkdən məqsədi şəhər sakinlərini Quran tilavətinə maraqlandırmaqdır. Sürücülər her gün Cakarta şəhərində bu şirkətin beş benzin doldurma məntəqəsinin namazxanasında bir cüz Quran tilavət etməklə 2 litir pulsuz benzin əldə edə bilərlər.

Sürücülər Quran tilavəti etməzdən öncə hansı cüzü tilavət edəcəklərini xüsusi blankları doldurmaqla bəyan edir və namazxanada Quranı tilavət edirlər.

captcha