IQNA

“Satqınlar qəbristanlığı” düzəldilsin!

8:31 - July 23, 2016
Xəbər sayı: 3480629
Tehran, 23.07.2016 – İstanbulun meri Kadir Topbaş, çevrilişə cəhd zamanı ölmüş üsyançılar üçün ayrı “satqınlar qəbristanlığı” düzəltmək təklifi ilə çıxış edib.



IQNA - Topbaş bildirib: "Biz heç şeytanın özünün belə təsəvvür edə bilməyəcəyi terror hərəkatı görürük, - o silahı öz vətəndaşlarına qarşı tuşlayıb. Ordu şəhərinin meri onların ölənləri qəbristanlıqda yer vermədi.

Onların ailələri onları öz bağlarında bastırdılar. Mən də deyirəm ki, heç bir qəbristanlıq onları qəbul etməyəcək. Tərk edilmiş qəbristanlıqlar da, başları üstə hələ də dua oxunan insanlar var, orda da onları basdırmaq olmaz. "Satqınlar qəbristanlığı” düzəltmək lazımdır ki, hər oranın yanından keçən onları lənətləsin. Onlar onsuzda cəhənnəmə düşəcəklər, şübhə etmirəm, lakin bu dünya da onlara dar olmalıdır.”

captcha