IQNA

Şeyx İsa Qasim məhkəmədə iştirak etmədi

13:10 - July 27, 2016
Xəbər sayı: 3480643
Tehran, 27.07.2016 – Bəhreyn Prokrorluğu elan edib ki, Şeyx İsa Qasim məhkəmədə iştirak etmədiyi üçün onun məhkəməsi qiyabi olaraq keçirilib.

Şeyx İsa Qasim məhkəmədə iştirak etmədi


IQNA - Prokrorluq elan edib ki, Şeyx İsa Qasimin məhkəmədə iştirak etməsinə dair çağırış vərəqəsi göndərilsədə onun oğlu çağırış vərəqəsini almaqdan imtina edib.

Bəhreyn KİV-ləri yazıb ki, məhkəmədə ittiham olunan şəxslərin heç biri iştirak etmədiyi üçün məhkəmənin ayrı bir vaxtda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ölkədə, xüsusən əd-Dərraz bölgəsində təhlükəsizlik rejimi gücləndirilmiş iş rejiminə keçib. Ayətullah İsa Qasimin evinin olduğu bölgə ciddi olaraq nəzarətə götürülüb. (İslamazeri.az).

captcha