İQNA xəbər
verir ki, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi
cinayətlərə görə həbs edilmiş şəxslərdir.
İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Qurban və Qədir-Xum bayramları münasibətilə Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 582 məhbusun əfv edilməsi xahiş olunur. Ali Rəhbər həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
Qeyd edək ki, oktyabrın 20-də Qədir-Xum bayramı qeyd olunacaq.
Maide.az