IQNA

Nigeriya ordusu daha bir İslam alimini həbs edib

13:08 - October 17, 2016
Xəbər sayı: 3480898
Terhan, 17.10.2016 – Nigeriya ordusu İslami Hərəkatının lideri Şeyx Zəkzakinin Cos şəhərindəki nümayəndəsini həbs edib.

Nigeriya ordusu daha bir İslam alimini həbs edib

Verilən məlumata görə, Nigeriya İslam Mərkəzinin dünən yaydığı açıqlamada Şeyx Adəm Əhmədin həbsi təsdiqlənib.

Şahidlərin bildirdiklərinə görə, Nigeriya ordusu bu barədə hər hansı bir açıqlama verməyib və Şeyx Adəmi naməlum istiqamətə aparıblar.

Qeyd edək ki, Cos şəhərində müsəlmanlara aid Hüseyniyə Aşura axşamı ordu qüvvələrinin təcavüzünə məruz qalıb və Hüseyniyə yandırılıb. Hadisə nəticəsində 18 nəfər də öldürülüb. (faktxəbər)

captcha