Mosulu İŞİD-dən xilas etmə əməliyyatının ikinci günündə ABŞ İŞİD-ə
qarşı aparılan əməliyyatın planlaşdırılan təqvimdən irəli getdiyini açıqlayıb.
İŞİD isə xalqın Mosulu tər etməməsi üçün "Qaçmağa çalışan edəm ediləcək” deyib.
İnterAz xəbər verir ki, "the Guardian”ın məlumatına görə, 35 yaşlı şəhər sakini
Məhəmməd "Əlimizdən başqa bir şey gəlmədiyi üçün hər kəs evlərinə girib.
Silahlı İŞİD terrorçuları əsasən motosikletlə şəhərin küçələrinə nəzarət edir.
Döyüş təyyarələri gecə yarısından başlayaraq şəhəri bombalamağa başlayıb”, -
deyib.
"Bu iki il ərzində bir neçə dəfə baş kəsmə, qəfəslərdə boğma və insanları
binaların damından aşağı atılmasının şahidi olduq. Mən özüm 3 ay əvvəl bir
nəfərin binanın başından aşağı atılmağını gördüm. Həftələrlə yata bilmədim”, -
Məhəmməd bildirib.