Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi terrorçuları İraqın Mosul şəhərindən geri çəkilməməyə səsləyib.
Yayılan səs yazısı Mosulun azad edilməsi əməliyyatının başlamasından sonra əl-Bağdadinin yayılmış ilk bəyanatıdır. Qeyd edək ki, noyabr ayının 2-si İraq qüvvələri şəhərə daxil olublar.
Bununla belə, əl-Bağdadinin özünün şəhərdə olub-olmaması məlum deyil. Lakin ötən gün "The Independent" yazıb ki, terrorçuların lideri hələ də Mosuldadır.
"Reuters" agentliyi də bildirir ki, əl-Bağdadi terrorçuları Suriyada İŞİD-lə mübarizə aparan Türkisə Silahlı Qüvvələrinə "od püskürməyə" səsləyib. O, Türkiyəni İŞİD-in "yeni fəaliyyət sahəsi" adlandırıb.