IQNA

Yəməndə kütləvi aksiyalara start verildi

9:17 - November 05, 2016
Xəbər sayı: 3480959
Tehran, 05.11.2016 – Yəmənin paytaxtı Səna şəhərində yüzlərlə nəfərin iştirakı ilə Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri əleyhinə aksiya keçirilib.


Yəməndə kütləvi aksiyalara start verildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, etiraz aksiyasında çıxış edənlər Səudiyyə Ərəbistanının BMT İnsan Haqqları Şurasına üzv seçilməsini qınayıblar.

Yəmən İnqilab Komitəsinin üzvləri çıxışları zamanı vurğulayıblar ki, BMT bununla da Səudiyyə Ərəbistanını Səna hücumuna görə mükafatlandırıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənaya hücum edərək, 900-ə yaxın insanın ölümünə və yarlanmasına səbəb olmuşdu.

Mənbə: eastnews

captcha