Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, paytaxt Stokholmda Dini İşlər İdarəsinə bağlı "Rinkeby” məscidi ilə onun nəzdindəki "Türk Mədəniyyət Dərnəyi”nə gecə kimliyi hələ müəyyən olunmayan şəxslər tərəfindən daşla hücum həyata keçirilib.
Məscid və dərnəyin şüşələrinin qırıldığı hücumda binada heç kim olmadığına görə yaralanan da olmayıb.
İsveç polisi hücumu təşkil edən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində istintaqa başlayıb.
Mənbə: eastnews