IQNA

Hənanə Xələfi; "İran komputeri"

Misr mediası Quran hafizəsi olan azyaşlı iranlı xanımı belə adlandırdı

16:27 - November 11, 2016
Xəbər sayı: 3480982
Tehran, 11.11.2016- BƏƏ-də keçirilən xanımlar üçün beynəxalq Quran yarışlarında iştirak edən azyaşlı Quran hafizəsinin gözəl tilavət və hafizəsini görən misirlilər onu "İran komputeri" adlandırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məsdər7" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin xanımlar üçün keçirilən beynəlxalq Quran yarışlarında iştirak edən iranlı azyaşlı xanımın yarışlarda fərqlənən çıxışı bütün iştirakçılar tərəfindən təriflə qarşılandı və misirli medialar onu "İran kompetri adlandırlar.

BƏƏ-də ilk dəfə xanımlar üçün keçirilən "Fatimə bint Mübarək mükfatı" adına beynəlxalq Quran yarışlarında iştirak edən iranlı Quran tilavətçi və hafizəsi 9 yaşlı Hənanə Xələfi bu yarışlarda xüsusi fərqlənib.

Dubayın Mədniyyət və Elmlər Sarayının amfiteatr salonunda keçirilən bu yarışlarda iştirak edən Hənanə Xələfi həm gözəl tilavət icra edib və həm də hakimlər heyətinin Quranın hifzindən verdiyi bütün suallara gözəl cavab verib.

Misirin "əl-məsdər7" xəbər aegntliyinin informasiya portalı yazır: İranın bu azyaşlı Quran qarisi Allah-Taalanın ona verdiyi zəngin istedad sayəsində bütün surələrin mətnini, məkki və mədəni olmasını, ayələrin sayını, sıra nömrəsini, Qurandakı yerini və bütün səhifələrin əvvəlinci və axırıncı ayələrini gözəl şəkildə hifz və əzbərdən bilirdi.

Bu xəbər sevisi əlavə edir: Hənanə Xələfi bu yarışların birinci yerini qazanmaq üçün Norveçdən olan qarinin əsas rəqibidir.

Qeyd edək ki, Hənanə Xələfi cari həftənin 3-cü günü yarış kürsüsünə keçərək hakimlər heyətinin suallarını cavablandırdı.

BƏƏ-nin xanımlar üçün keçirilən ilk beynəlxalq Quran yarışları cari keçən həftənin bazar günü (6 noyabr 2016) başlamışdır və gələn həftənin Cümə gününədək (18 noyabr 2016) davam edəcəkdir.

http://iqna.ir/fa/news/3545019


captcha