İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin bazar günü, 3 Aprel 2017-ci il, İraqın təhlükəsizlik qüvvələrinə aid bir mənbənin verdiyi xəbərə görə, İraqın silahlı qüvvələri on gün öncə sionistlər və avroplaı imperialistlər tərəfindən yaradılmış İŞİD terrorist təfkirçi qruplaşmasının başçısı Əbu Bəkr Bağdadini Mosul şəhərində mühasirəyə düşürüblər.
"əl-Aləm" peyk tv kanalının xəbər və informasiya portalının yaydığı məlumata görə, bu hərbi mənbə vurğulayıb: 10 gün öncə İŞİD təkfirçi terrorist qruplaşması 40 hərbi piyada maşını və bir neçə tank ilə Suriyadan "Tələfər"ə (Mosul və Suriya sərhədi ərazisinə) keçməyə çalışıblar. Onlar iraqlı əsgərlərlə döyüşərək Mosulda mühasirədə qalmış terroristləri mühasirədən çıxarmaq istəyirlərmiş ki, qarşıları alıbıb.
İraqın silahlı qüvvələri döyüşçüləri terroristlərin bu cəhdinin qarşısını alıblar və hazırda Mosulun mühasirəsi davam edir.
Silahı qüvvələrin xəbər mənbəsinin verdiyi məlumata görə, Suriyadan Mosula girmək istəyən terroristlərin əsas hədəfi İŞİD-in sərkərdəsi Əbu Bəkr Bağdadi və digər sağ qalmış İŞİD üzvlərini Mosuldan xilas etmək olub və ehtimal edilir ki, İŞİD-in başçısı Mosulda mühasirəyə düşənlər arasındadır. Və həmçinin ehtimal olunur ki, Mart ayında Mosul və Suriya arasındakı ərazilərin havadan bombalanması nəticəsindən Əbu Bəkr Bağdadi yaralanmışdır.