Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) axar.az-a istinadla xəbər verir ki, bu barədə "Pyu” Araşdırmalar Mərkəzinin hesabatında deyilib. Araşdırmaya görə, 2015-2060-ci illərdə müsəlmanların sayının 70 faiz artacağı gözlənilir.
Bu müddət ərzində isə xristianların sayında 34 faiz artım olacağı gözlənilir.
Bundan əlavə, dünya müsəlmanlarının 20 faizinin Yaxın Şərq və Şimali Afrikada, 62 faizinin İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyədə yaşadığı bildirilib.
Məlumata görə, 2050-ci ildə Hindistan müsəlmanların ən çox yaşadığı ölkə kimi İndoneziyanı geridə qoyacaq.