Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Maide.Az-a istinadən xəbər verir ki, Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində yerləşən Anglican St. Paul kilsəsi, ötən gün cümə namazı və iftar süfrəsi üçün müsəlmanlara ev sahibliyi edirdi.
Mübarək Ramazan ayının əvvəlindən cümə günləri kilsədə cümə namazı qılınır, xristianlar və müsəlmanlar üçün birgə iftar süfrəsi təşkil olunur.
Bu ənənə Ramazan ayının sonundək davam edəcək.