IQNA

Zəncili məhəlləsi tam təmizləndi

9:34 - June 13, 2017
Xəbər sayı: 3481752
İraq qüvvələri şimalda Mosul şəhərinin qərbində əl-Zəncili məhəlləsini tam təmizləyərək bu şəhərin əl-Şifa xəstəxanasının azadlığına başlayıblar.

Zəncili məhəlləsi tam təmizləndi

Sahartv-nin xəbərinə görə, Əl-Aləm televiziyasının məlumatına görə, İraq federal polisinin komandanı general Raid Cövdət deyib: Federal polis əl-Zəncili məhəlləsində öz döyüş tapşırığını sona çatdırıb və İraq bayrağını binaların üzərinə sancıb.

Cövdət xatırladıb: Federal polis qüvvələri əl-Şifa xəstəxanasının azad edilməsi və Mosul şəhərinin qədim hissəsinin şimalında İŞİD-in nəzarət etdiyi son məhəllələrin azad edilməsi prosesini azad etmək üçün ezam olunublar.

İraq Federal Polis komandanı bildirib: Xüsusi qüvvələr də Mosulun qərb hissəsində İŞİD-in xəlifəliyi elan etdiyi əl-Nuri Came məscidinə doğru hərəkət edirlər.

General Raid Cövdət deyib: Döyüş cəbhə taktikalarına əsasən davam edir və düşmənin məğlubiyyəti sadəcə bir az zamana ehtiyaclıdır. Əl-Zəncili məhəlləsinin azad olunması ilə İŞİD yalnız əl-Şifa məhəlləsi və Mosulun qədim hissəsinin bir neçə məhəlləsindədir.

Teqlər: iqna ، quran ، müsəlman ، İslam ، namaz ، məscid ، mosul
captcha