İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla xəbər verir ki, Türkiyə ictimaiyyəti İstanbulun fəthinin rəmzi olan Aya Sofiyanın əslinə uyğun olaraq məscid olmasını istəyir. Anadolu Gənclik Dərnəyinin "Aya Sofiya məscid olaraq ibadətə açılsın" tələbi ilə on minlərlə insanla sübh namazı görüşləri ictimaiyyətdə diqqət çəkmişdi. Cəmiyyətin müxtəlif təbəqələrindən də Aya Sofiyanın məscid olaraq ibadətə açılmasının lazım olduğu dilə gətirilib.
Tarixçi, jurnalist-yazar Murad Bardakçı Aya Sofiyanın təcili olaraq muzey statusundan çıxarıb məscid olaraq açılması lazım olduğunu söyləyib. İştirak etdiyi televiziya proqramında diqqət çəkən bəyanatlar verən Bardakçı Aya Sofiyanın təcili olaraq muzey sinfindən çıxarıb məscid olaraq istifadə edilməyə başlanması lazım olduğunu söyləyib.
"Daha əvvəl dedim, qiyamət qopdu. İslamiyyətdə qılınc haqqı deyə bir şey var. Aya Sofiya fəthin (1453-cü il İstanbulun fəthi - red.) simvoludur",- deyə danışan Bardakçı, aparıcının "Neçə min dənə məscid var",- şəklindəki cavabına da etiraz edib. Bardakçı "Say ilə simvolu qarışdırmayın. 80 min məsciddən hansı Aya Sofiyadan başqa İstanbulun fəthinin simvoludur. Göstər onu. Hara var? O məscidi bağlı saxlaya bilməzsiniz, qardaşım. Aya Sofiyanın məscid olması, bağışlayın, kimlərəsə niyə batır? Aya Sofiyanın siyasi baxımdan açılması çox çətindir, ancaq açılması lazımdır. Gələcək üç turist üçün 450 illik məscid olmasını unudaq deyirsən? Ayıbdır. Aya Sofiya məscid olduğu dövrdə əcnəbilərə hər zaman açıq idi. Bir dövrdə bağlı idi. O da ingilis işğal dövrüdür (1918-1922 - red.)",- deyə danı