IQNA

Azərbaycanda olan məscidlərin sayı açıqlanıb

12:01 - July 05, 2017
Xəbər sayı: 3481834
Azərbaycan ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib.

Azərbaycanda olan məscidlərin sayı açıqlanıb

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla verdiyi məlumatına əsasən, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin altı ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı məlumat verib.

"2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 islam kolleci Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u islam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, səkkizi yəhudi, ikisi bəhai və biri krişna şüuru dini icmasıdır" - sədr müavini bildirib.


Teqlər: quran ، iqna ، məscid ، İslam ، müsəlman ، azərbaycan
captcha