IQNA

Afrikanın 800 illik məscidi unudulmaq üzərədir

9:54 - September 15, 2017
Xəbər sayı: 3482159
Liviyanın Misratə şəhərinin 800 il tarixə malik məscidinin adı "Bin Ğəlbun məscidi"dir ki, bu ölkənin digər qədim və tarixi əsərləri ilə birlikdə ölkənin məsulları tərəfindən unudulub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Liviyanın şimal-şərqində Misratə şəhərinin Qəsr Əhməd rayonun yerləşən "Bin Ğəlbun məscidi"nin 800 illik tarixi vardır.

Liviyanın, eləcə də İslam aləminin qədim tarix və mədəniyyətini özü ilə daşıyan bu məscid, bu ölkənin digər qədim və tarixi əsərləri ilə birlikdə ölkənin məsulları tərəfindən unudulub.

"Bin Ğəlbun məscidi"nin idarə işlərinin məsulu və həmçinin camaat imamı Şeyx Əbdürrəhman ibn Ğəlbun bu məscidin tarixi və mədəni dəyəri barədə deyir: Bu məscid Liviyanın ən qədim məscidlərindən biridir və 800 il tarixə malikdir. Məscidi Misratənin elmi və mədəni aktivistlərindən olan və Liviyanın ilk elmi hərəkatının rəhbəri Şeyx Məhəmməd ibn Xəlil ibn Ğəlbun tikmişdir.

O əlavə etdi: Bu məscid özünün qədim İslami memarlığını qoruyub saxlamış və müasir dəyişikliyə uğramamışdır.

Şeyx Əbdürrəhman ibn Ğəlbun bu məscidin idarəçiliyinin həmişə onun sülasəsində olduğunu bildirərək dedi: Keçmişdə ata-babalarım və indi də mən bu məscidin idarəçilik məsuliyyətini daşıyıram. İndiyədək dövlətin qədim və tarixi miras sahəsində işləyən məsullara dəfələrlə bu məscidlə bağlı müraciət etmişəm, amma mənim istəklərimə laqeyd yanaşıblar və məscidə diqqət və qayğı göstərməyiblər.

O əlavə etdi: Təkcə 2010-cu ildə dövlətin qədim və tarixi əsərlərin qorunması idarəsinin işçilərindən üç nəfər məscidə baş çəkdilər və məscidin qorunacağı barədə vədələr verdilər ki, heç birinə əməl olunmadı.

"Bin Ğəlbun məscidi"nin idarə işlərinin məsulu və həmçinin camaat imamı Şeyx Əbdürrəhman ibn Ğəlbun sonda bu məscidin "mənbəri" barədə dedi: Məscidin qədim mənbəri çox qiymətli daşlar ilə təzyin edilmişdi ki, Avropanın cənubunda yaşayan "tilyani"lər tayfası tərəfindən oğurlanıb və indiki mənbər 80 il öncə hazırlanmış və məciddə istifadə verilmişdir.

http://www.iqna.ir/fa/news/3641448

شیفت شب ساعت 20:30// بی‌مهری به مسجد 800 ساله آفریقا + عکس


شیفت شب ساعت 20:30// بی‌مهری به مسجد 800 ساله آفریقا + عکس


Teqlər: iqna ، afrika ، liviya ، tarixi məscid
captcha