İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Mumbayidəki (Bombay) Mədəniyyət Mərkəzinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Hindistanın Əhli-Sünnə məzhəbinin Dyubəndiyyə təriqətinin “Darul-Ülum” alimləri fətva verərək bütün “sığorta xidmətləri”nin növündən asılı olmayaraq hamısının şəriət baxımından haram və qeyri- İslami olduğunu elan etidlər.
Hindistanın Əhli-Sünnə məzhəbinin Dyubəndiyyə təriqətinin “Darul-Ülum” alimləri bəyaniyyə yayaraq elan ediblər ki, həyat və ölüm Allahın əlindədir və heç bir şirkət və peşə bu barədə zəmanət verə bilməz.
Bu hökmün verilməsinə səbəb isə Hindistandakı sığorta şirkətlərinin camaatdan haqsız yerə pul qazanmaqları olub. İnsanlar bu şirkətlərdən şikayətçidirlər.
Əhli-Sünnə məzhəbinin Dyubəndiyyə təriqətinin “Darul-Ülum”u Hindistan yarımadasında ən qədim və ən böyük İslam mədrəsəsidir.
Bu mədrəsə Utarpradeş əyalətinin Dyubənd şəhərində yerləşir və deyilənə görə bu mədrəsə Asiyanın ən böyük mədrəsəsidir.
Dyubəndi Əhli-Sünnə məzhəbinin tanınmış Sufi təriqətlərindən biridir ki, Hindistanda yaranıb və müasir dövrdə Əfqanıstan, Cənubi Afrika və Britaniyaya qədər gedib çıxmışdır.