IQNA

Bəhreyn zindanlarında şiə kitabları qadağan edildi

22:13 - May 06, 2018
Xəbər sayı: 3483128
Bəhreyndə şiələrin dini ədəbiyyatının bu ölkənin cəza çəkmə müəssisələrində (CÇM) həbsdə olan məhbuslar üçün aparılması və verilməsi qadağan edildi.

Bəhreyn zindanlarında şiə kitabları qadağan edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyndə şiələrin dini ədəbiyyatının bu ölkənin cəza çəkmə müəssisələrində (CÇM) həbsdə olan məhbuslar üçün aparılması və verilməsi qadağan edildi.

Bu barədə Bəhreynli hüquqşünas Riym əş-Şəəlan xəbər verib. O özünün Tyuter sosial şəbəkəsindəki səhifəsində yazıb: Bəhreynin cəza çəkmə müəssisələrinin əmanətlər saxlanılan bölməsində elanlar lövhəsinə yazılıb ki, siyahıda göstərilən şiə kitablarının məhbuslara çatdırılması qadağandır.

Bəhreynli hüquqşünas Riym əş-Şəəlan bildirib ki, bu qadağan edilmiş kitablar siyahısında Məfatihul-Cinan, Səhifətus-Səccadiyyə, ət-Təriq iləllah və s... əxlaq və dua kitabları var idi. Və sual budur ki, tərbiyəvi xarakterli dua, ziyarət və əxlaq kitabları olan bu ədəbiyyatda qadağan ediləsi nə var? Bunlar ki, məzhəbindən asılı olmayaraq hər bir müsəlman üçün faydalı kitablardır?

Bəhreynli hüquqşünas Riym əş-Şəəlan əlavə edib ki, cəza çəkmə müəssisələrindəki bu özbaşınalıq aşkar şəkildə beynəlxalq qanunların tapdalanmasıdır.

http://iqna.ir/fa/news/3711678

Teqlər: iqna ، bəhreyn ، zindan ، cçm ، türmə ، şiə ، ədəbiyyat
captcha