İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Samerra əməliyyat qərargahı komandanlığının elan etdiyinə əsasən, dünən gecə, həftənin ikinci günü axşam, 29 May 2018-ci il, İŞİD terrorist qruplaşmasına bağlı ünsürlər İraqın Samerra şəhərinin şərqində polis postuna hücum ediblər.
Məlumatda deyilir ki, İŞİD ünsürlərinin gecənin yarısında həyata keçirdikləri bu hücumda İraq polis qüvvələrinin üç əməkdaşı ölüb və digər iki nəfəri ağır yaralanıb.
Samerra əməliyyat qərargahı komandanlığı bu gün səhər çağı (30 May 2018-ci il) bu xəbəri elan edərək deyib: Dünən axşam, gecə yarısı, İŞİD terror qruplaşmasının ünsürləri Samerra şəhəriinin şərqində yerləşən Cəllam rayonunda polis postlarını yararaq şəhərə hücum etmək istəyiblər. Polis qüvvələri ilə terrorçular arasında ağır döyüşlər gedib. Bu üzləşmə zamanı polis nəfərlərindən üç nəfəri ölüb və digər iki nəfəri yaralanıb.
Uzun döyüşdən sonra polis qüvvələri rayonun kontrolunu əlda saxlayaraq terrorçuları regiondan uzaqlaşdıra biliblər. Terrorçular hazrda İŞİD-in kontrolunda olan "Mütəybicə" rayonuna tərəf geri çəkiliblər.