IQNA

Suriyadakı terroristlər birləşdilər

8:32 - July 09, 2018
Xəbər sayı: 3483436
Suriya dövlətinin müxalifi olan on bir terror qruplaşması Dəra şəhərində toplaşaraq biləşdilər. Onlar müştərək bəyaniyyə yayaraq özlərini "Cənub Qoşunları" adlı yeni koalisiya elan ediblər.

Suriyadakı terroristlər birləşdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriya dövlətinin müxalifi olan on bir terror qruplaşması Dəra şəhərində toplaşaraq biləşdilər.

Bu terrorist qruplaşmalar müştərək bəyaniyyə yayaraq özlərini "Cənub Qoşunları" adlı yeni koalisiya elan ediblər. Və bəyaniyyədə elan ediblər ki, öz terrorçu mübarizə və fəaliyyətlərinə davam edəcəklər.

Bu on bir terrorist qruplaşmasının birləşməsi bəzi silahlı terrorist qruplaşmalarının Suriyanın Dəra regionunda döyüş və qətliama son qoyulması üçün Rusiya ilə razılaşmasından və İordaniya sərhədindəki keçid postunun Suriya qoşunlarına təhvil verilməsindən sonra baş verdi.

Bundan öncə də suriyalı müxalifətçilərin silahlı qruplaşmaları elan etmişdilər ki, ölkənin cənubundakə Dəra regionunda qətliamın dayandırılması məqsədi ilə Rusiya qoşunları ilə razılaşacaq və öz ağır çaplı silahlarını bir neçə mərhələdə İordaniya sərhədindəki Rusiya qoşunlarına təhvil verəcəklər.

http://iqna.ir/fa/news/3728388     

 

 

 

captcha