IQNA

Tunisdə ilk dəfə qadın mer seçildi

20:25 - July 23, 2018
Xəbər sayı: 3483519
O, Tunisin "İslami hərəkat" partiyasının nümayəndəsi olaraq bələdiyyə seçkilərində "Tunisin səsi" partiyasının nümayəndəsinə altı səs fərqi ilə qalib gəlib.

Tunisdə ilk dəfə qadın mer seçildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisdə ilk dəfə olaraq qadın mer və icra hakimiyyətinin başçısı vəzifəsinə seçildi.

Tunisin paytaxtı Tunis şəhərinin yeri meri və icra hakimiyyəti başçısı vəzifəsinə Süad Əbdürrəhim seçilib.

O, Tunisin "İslami hərəkat" partiyasının nümayəndəsi olaraq bələdiyyə seçkilərində "Tunisin səsi" partiyasının nümayəndəsinə altı səs fərqi ilə qalib gəlib.

Süad Əbdürrəhim seçkilərdə öz rəqibinə qalib gələrək uğur qazanmasına işarə edərək dedi: Mənim Tunisin bələdiyyə seçkilərində qalib olmağım həqiqətdə bütün Ərəb və Tunis qadınlarının qələbəsidir. Mənim qələbəm qadın cəmiyyətlərinin və qadınların hüquqlarını müdafiə edən təşkilatların əməyinin bəhrəsidir.

Qeyd edək ki, tarixdə ilk dəfədir Tunisin paytaxtı Tunis şəhərinin meri və icra hakimiyyəti başçısı qadın olur.  

http://iqna.ir/fa/news/3732756

captcha