IQNA

İsrail "Kərəm Əbu Salim" keçid məntəqəsini açır

10:27 - July 25, 2018
Xəbər sayı: 3483535
İsrailin xəbər qaynaqları "Kərəm Əbu Salim" sərhəd keçid məntəqəsinin dünən günorta vaxtlarından (24 İyul 2018-ci il) məhdud və cüzi olaraq açılması barədə xəbər yayıblar.

İsrail İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsrailin xəbər qaynaqları "Kərəm Əbu Salim" sərhəd keçid məntəqəsinin dünən günorta vaxtlarından (24 İyul 2018-ci il) məhdud və cüzi olaraq açılması barədə xəbər yayıblar.

"Kərəm Əbu Salim" sərhəd keçid məntəqəsinin açılması barədə göstərişi sionist İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman verib.

Həmin xəbər qaynaqlarının yaydığı məlumatda deyilir ki, bu sərhəd keçid məntəqəsi müvəqqəti olaraq təkcə yanacaq, dərman və qida vasitələrinin gətirilməsi üçün açılmışdır.

Libermanın dəftərxanası bu barədə deyib: Bu keçid məntəqisinin məhdud açılışı odsaçan havaşarlarının uçuşuna və sərhəddəki çəkişmələrə son qoymaq məqsədi ilə həyata keçirilib. "Kərəm Əbu Salim" keçid məntəqəsinin kamil şəkildə fəaliyyətə başlaması üçün fələstinlilər odsaçan havaşarlarının uçuşunu dayandırmalı və sərhəd divara hücum etməməlidirlər. Bu keçid məntəqəsinin taleyi gələcən günlərdə baş verəcək hadisələrə bağlıdır.   

http://iqna.ir/fa/news/3732959

captcha