İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya Livanda yaşayan suriyalı qaçqınların öz ölkələrinə geri dönmələri üçün hazırladığı planı Livanın prezidentinə təqdim edib.
Bu barədə Livanın prezident administrasiyası məlumat yayaraq bildirib ki, Rusiyanın prezidenti Vladimir Putinin Suriya məsələlərii üzrə nümayəndəsi Aleksandr Lavrintivin başçılığı ilə göndərdiyi xüsusi nümayəndə heyəti Livanın prezidenti Mişel Ovn, baş naziri Səd Həriri və milli məclisinin rəisi Nəbih Bəri ilə görüşüblər. Bu görüşdə Rusiyanın suriyalı qaçqınların Livan və İordaniyadan vətənə qayıdışı üçün hazırladığı layihə Livan rəsmilərinə təqdim edilib.
Rusiyanın xarici işlər və müdafiə nazirləri tərəfindən hazırlanan bu layihəni Livan prezidenti müsbət qarşılayıb. Layihənin cüziyyatı və təfərrüatı barədə heç bir məlumat yoxdur.